Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ermənistan Rusiyaya - ən çox borcu olan ölkələr arasındadır

Ermənistan MDB ölkələri arasında Rusiyaya ən çox borcu olan dövlətlərdən biridir.

Yenixeber.org: Rəsmi İrəvan hazırda bu cədvəldə 300 milyon dollarla 3-cü sıranı tutur.

Bu borcun əsasən Rusiyanın 2015-ci ildə Ermənistana silah alması (Rusiyanın öz silahını-red.), habelə “Metsamor” AES-in istismarı üçün verdiyi kreditdən yarandığı qeyd olunur. Agentlik bu rəqəmlərin Ermənistan Maliyyə Nazirliyinin 2018-ci ildəki hesabatından götürdüyünü açıqlayıb.

Birinci yerdə isə 7,55 milyard dollarla Belarus gəlir. 2018-ci illə müqayisədə rəsmi Minskin "böyük qardaş"ına borcu daha 300 milyon dollar artıb.

Belarusun Rusiya qarşısında kredit öhdəliklərini 2012-ci ildən bu yana 2 dəfə artdığı da bildirilir. Lakin 2019-cu ildə Kreml Belarusun borclarını yenidən strukturlaşdırmaqdan imtina edib. RF baş nazirinin müavini Andrey Siluanov bu ilin iyununda yerli mətbuata verdiyi müsahibədə Moskvanın qardaş ölkədən iqtidadi inteqrasiya yolunda daha çox addım atmasını gözlədiyini söyləyib. Buna görə Lukaşenko hökuməti Çinə müraciət etmək məcburiyyətində qalıb.

İkinci sırada isə “mehriban qardaş” Ukrayna dayanır. Rəsmi Kiyev işğalçı qonşusuna 3,7 milyard dollar borcludur. Rusiya Ukraynanın avroistiqrazlar vasitəsilə bu qədər kredit öhdəliyinin yarandığını iddia edir. Hazırda tərəflər arasında London arbitraj məhkəməsində proses gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam