Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

DMX:83 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

 

Prezident İlham Əliyevin iyulun 26-da 83 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Yenixeber.org: Bu barədə  DMX-dan məlumat verilib. 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq, əlamətdar gün münasibətilə onları təbrik edib. Xidmət rəisi insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, bu illər ərzində müraciətlərin rahat şəkildə təşkili nəzərə alınıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam