Ər və arvadı həbs edilib –İlginc faktlar
Azərbaycanda dələduzluq etidiyinə görə həbs edilən ər və arvadı məhkəmə qarşısına çıxarılacaq.
Yenixeber.org: Məlumata görə, Əlbəşirov Balağa Elman oğlu və Əlbəşirova Heyran Mürsəl qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü, yəni dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndrilib. İş hakim Mahmud Ağalarovun icraatına verilib və iş üzrə 26 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, 2012-ci ildə Zaqatala və Balakən rayonlarında baş verən zəlzələ nəticəsində evləri dağılmış şəxslərdən rüşvət almaqda şübhəli bilinən Heyran Əlbəşirova və onun əri Balağa Əlbəşirov barəsində 2019-cu ilin iyununda həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, o zaman özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Heyran Əlbəşirovanın qanunsuz hərəkətləri ilə bağlı araşdırma aparılıb.
“Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Heyran Əlbəşirovanın, əri Balağa Əlbəşirovla cinayət əlaqəsinə girməklə nazirliyin saxta xidməti vəsiqəsini hazırlamasına, özbaşına özünü həmin dövlət qurumunun məsul işçisi kimi təqdim edərək 2012-ci ilin may ayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsinin təşkil edilməsi adı ilə etibarlarından sui-istifadə edərək ümumilikdə 21 nəfərə məxsus cəmi 24 min manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla həmin şəxslərə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,” məlumatda deyilir.(news24.az)