Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Qida Təhlükəsizliyi bir milyonluq çadır alıb 

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqlar alır.

Yenixeber.org: Publik hüquqi şəxsin bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilmiş tenderində“Novotrend” MMC qalib elan edilib. Sözügedən şirkətə 802 min 624, manat ödəniş edilib.

Təəssüf ki, məlumatda çadırların sayı və hər birinin qiymətilə bağlı məlumat verilmir. Lakin istənilən halda, müvəqqəti çadırlar üçün 1 milyon manata yaxın vəsaitin xərclənməsi şübhəli və qeyri-real görünür. 

Bu çadırların ölkənin əsasən böyük şəhərlərində qurulacağını nəzərə alsaq, onların ümumi sayının 10-20 ədəd olacağını ehtimal etmək olar. Belə çıxır ki, hər çadır orta hesabla 50 min manata başa gəlir…

Etiraf edək ki, kifayət qədər şübhəli rəqəmdir. Bəs, görəsən, müvəqqəti xarakter daşıyan avadanlıq üçün bir büdcə təşkilatının belə iri məbləğdə xərcləməyə getməsi nə dərəcədə məqsədəuyğundur? 

Və ümumiyyətlə, sahibkarların ən çox şikayət etdikləri qurumlardan biri olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu cür israfçılığa yol verməsini şərtləndirən səbəblər nədən ibarətdir?

Bu məlumat bir daha Azərbaycanda tenderlərin hansı prinsiplər əsasında və nə dərəcədə şəffaf keçirilməsinə dair sualları aktuallaşdırır. Təsadüfi deyil ki, əksər müstəqil iqtisadçı ekspertlər tenderlərin ölkədə hələ də korrupsiyanın mövcudluğunu şərtləndirən əsas istiqamətlərdən biri olduğunu iddia edirlər.(finans)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam