Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İlham Əliyev Emmanuel Makronu təbrik edib-Fransanın milli bayramı münasibətilə

 

 

Prezident İlham Əliyev Fransanın milli bayramı münasibətilə Prezident Emmanuel Makrona təbrik məktubu göndərib.

Yenixeber.org: Dövlət başçısı məktubda Azərbaycan-Fransa əlaqələrinin xoş ənənələrə malik olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətində atdığımız addımlar bu ənənələri bilavasitə zənginləşdirməkdədir.

“Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımız özünün geniş spektri ilə səciyyələnir. Yüksək səviyyəli siyasi təmaslarımız iqtisadi və humanitar sahələrdəki birgə işimizlə müşayiət olunur.

Bütün bunlarla yanaşı, xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə, şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Prezident Emmanuel Makrona möhkəm cansağlığı, işlərində uğurlar, dost Fransa xalqına daim sülh və rifah diləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam