Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əflatun Amaşovdan növbəti təklif- qəzet və jurnallarla bağlı

 

“Kütləvi İnformasiya Vasitələrinə əlavə dəyər vergisi tətbiq edilməli deyil. Ümumiyyətlə,  Azərbaycanda çap məhsulları, xüsusən də  ölkəyə gətirilən qəzet kağızı  üzərindən  əlavə dəyər vergisi ləğv edilməlidir. Hesab edirəm ki, bu məsələ gündəmə gəlməlidir”.

Yenixeber.org: Bunu açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Deputatın görə,  bəzi  məsələlər var ki, onu hər zaman gündəmə gətirib: “Çünki həmin məsələlər kifayət qədər aktualdır. Hesab edirəm ki, nəinki qəzet kağızı, eləcə də, xaricdən ölkəyə gətirilən jurnallar və kitablar üzərindən də əlavə dəyər vergisi götürülməlidir. Bu çox vacib məsələdir”.

O bildirib ki, bəzi ölkələrdə bu məsələlər aradan qaldırılıb: “Üstəlik  18%-ə qədər ƏDV, 8%-ə qədər gömrük rüsumu, üstəlik hər hansı müəssisə gəlir əldə etmək üçün onun üzərinə əlavə pul qoyur. Eyni zamanda,  həmin müəssisə hesabat verərkən yenidən vergi ödəməli olur. Bir sıra ölkələrdə bu məsələlər narahatlıq yaratdığından xalqın inkişafı naminə aradan qaldırılıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam