Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK növbəti iclasını keçirdi

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

"Xeberinfo.com":  APA-nın məlumatına görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
 
MSK 79 saylı İmişli Seçki Dairəsində Xoşçobanlı bələdiyyəsi, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Körpükənd bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində Xırmandalı bələdiyyəsi, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Məlikumudlu, 77 saylı Astara Seçki Dairəsində Astara bələdiyyəsi, 110 saylı Zaqatala Seçki Dairəsində Muxax bələdiyyəsi, 98 Şəmkir Seçki Dairəsində Hacılar bələdiyyəsi, 85 Şamaxı Seçki Dairəsində Məlhəm bələdiyyəsi,  79 İmişli Seçki Dairəsində Xəlfəli bələdiyyəsi, 107 Qazax Seçki Dairəsində Birinci Şıxlı kənd bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntularını əsassız sayıb.
 
Qeyd edək ki, bu gün 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün MSK-ya ayrılmış vaxt başa çatır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam