Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

DİN-də -Heydər Əliyevin xatirəsi anılıb

DİN-də Heydər Əliyevin xatirəsi anılıb
Mayın 9-da Daxili İşlər Nazirliyində xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək Ulu Öndərin bütövlükdə yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıb. O, eyni zamanda, Ümummilli Liderin respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib. 



Nazir müavini dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək olduğunu bildirib. İsmət Əliyev Ulu Öndərin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, Ümummilli Liderin siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin Azərbaycan Respublikasının Prezidentİlham Əliyevtərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb. 

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları Ulu Öndərin mənalı ömür yolundan və möhtəşəm fəaliyyətindən bəhs edən, Azərbaycan Dövlət Televiziyasının istehsalı olan “Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli filmə baxıblar. (Azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam