Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DMX rəisi monteneqrolu nazirlə görüşüb -Fotolar

DMX rəisi monteneqrolu nazirlə görüşüb - Fotolar
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Monteneqronun Daxili işlər naziri Mevludin Nuhodzic ilə görüşüb.
Yenixeber.org: DMX-dan verilən məlumata görə, qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycan və Monteneqro arasında mövcud olan sıx dostluq münasibətlərinin və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, son illərdə iki dövlətin Prezidentlərinin qarşılıqlı səfərləri ölkələr arasında əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisidir. Bundan başqa, ölkələrimizin parlamentləri arasında sıx əlaqələr var, iqtisadi, turizm və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. 


Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə Monteneqronun müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin respublikamızın ərazilərinin işğal olunması faktını özündə əks etdirən miqrasiya sahəsində ilk ikitərəfli saziş olduğunu diqqətə çatdırıb. 


Səmimi qəbula görə təşəkkür edən Mevludin Nuhodzic Azərbaycanla Monteneqro arasında münasibətlərin hərtərəfli inkişafına və miqrasiya sahәsindә әmәkdaşlığın perspektivlәrinə toxunub. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. 


Görüşdə miqrasiyanın idarəedilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, qanunsuz miqrasiya ilə birgə mübarizə, turizm potensialının artırılması, sadələşdirilmiş viza siyasəti, səmərəli təcrübə və məlumat mübadiləsinin aparılmasının təmin edilməsi, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər müzakirə olunub. 


Monteneqronun Daxili işlər naziri Mevludin Nuhodzic Xidmətdə faəliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış olub və muzeyin xatirə kitabına ürək sözlərini yazıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam