Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Köçəryana qarşı ittihamlar açıqlandı: Şirkət rəhbərini... –Şok faktlar

 Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan barədə irəli sürülmüş ittihamlar açıqlanıb.

Yenixeber.org: Məlumata görə, o, hakimiyyətdə olduğu 10 il ərzində vəzifəsində sui-istifadə etməkdə ittiham olunub.

İttihamnamədə qeyd edilib ki, ikinci prezident Robert Köçəryan 1998-ci ildən 2008-ci ilədək hakimiyyətdə olduğu dövrdə vəzifəsindən sui-istifadə edərək, Konstitusiyanın müvafiq maddələrini kobud formada pozub.

Habelə o, ayrı-ayrı şəxsləri, iş adamlarını və dövlət rəsmilərini təhdid etməkdə, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyada iştirak edən insanlara odlu silahlardan atəş açmaq əmrini verməkdə ittiham edilir.

Başqa bir ittihama görə, Robert Köçəryan “TSC CS Armenia” şirkətinin rəhbəri Silva Ambartsumyanı təhdid edərək, şirkətin səhmlərinin ələ keçirilməsində iştirak edib. Bu qanunsuz əməlində ona iş adamı Samvel Mayrapetyan dəstək verib. Sözügedən şirkətə məxsus 3 milyon dollar mənimsənilib.

Ermənistan Xüsusi İstintaq Komitəsi və Baş Prokurorluq Robert Köçəryan barədə açılmış istintaqın yekunlaşdığını və cinayət işinin məhkəməyə göndərildiyini açıqlayıb. Teleqraf


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam