Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MAHMUDOVUN ƏMİSİ OĞLU DA ÖLKƏDƏN MİLYONLAR ÇIXARIB –Kimlərin adına rəsmiləşdirib?

2

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ölkədən çıxardığı pulun miqdarı açıqlanıb.

Yenixeber.org: Ədə etdiyimiz məlumata görə, 2004-cü ildən Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov 2012-ci ilin iyununda 17944 və 50139, 2013-cü ilin yanvarında 50.418 və 129.646, 2013-cü ilin fevralında 18.440, 2013-cü ilin martında 20,385, 2013-cü ilin mayında 17.718, 2013-cü ilin oktyabrında 113.969 manat və 50.085 ABŞ dollarından ibarət cəmi 423.744 ABŞ dollarını sürücüsü Nail İbrahimovun, 2012-2014-cü illər ərzində 794.316 ABŞ dolları məbləğində isə “Kaspian Kristal” MMC-in rəhbəri olan qohumu Fuad Hacıyevin vasitəsi ilə “AGBank” ASC-dən Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən ayrı-ayrı hüquqi şəxslərin xarici ölkə banklarındakı hesablarına köçürülməsini təmin edib.

Vüqar Mahmudov ümumilikdə qeyri-qanuni yollarla ölkədən 1.218.060 ABŞ dollarını ölkədən çıxarıb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Xatırladaq ki, Vüqar Mahmudov Səbail rayon Polis İdarəsinin sabiq rəsi İlqar Mahmudovun qardaşıdır. (Teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam