Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda qadın jurnalisti restoranda döydülər

Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən “Oskar” otel-restoranında 39 yaşlı Jalə Əliyeva döyülüb.

Yenixeber.org: Məlumata görə, xəbər verir ki, hadisə dünən axşam baş verib.

Mehdiabad polis bölməsindən bildiriblər ki, dünən gecə təxminən saat 24:00-da özünü “Star Media”nın nümayəndəsi kimi təqdim edən şəxslər “Oscar”da çəkiliş aparmaq istəyiblər. Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb.

“Star Media”dan faktı təsdiqləyiblər və bildiriblər ki, döyülmüş jurnalist qadın hazırda xəstəxanadadır.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.

Hazırda araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin sentyabr ayının 23-də elə həmin oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdı. Polis əməkdaşlarının “isti izlər”lə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılmışdı. (Virtualaz.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam