Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar”

 

“Tale elə gətirib ki, biz bu regionda birgə yaşayaq”.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.  
 
Onun sözlərinə görə, Azərbaycanda elə məhsullar var ki, Gürcüstandan keçmədən onları Avropa bazarına çıxarmaq mümkün deyil: ”Gürcüstan üçün sizin məhsulunuz çox qiymətlidir. Ölkələrimizin məqsədləri, istiqaməti, dünya ictimaiyyətinə inteqrasiyası eynidir”. 
 
Səfir Cənubi Osetiya sözlərinin yazıldığı lövhənin Gürcüstanın nəzarətində olan əraziyə doğru irəli çəkilməsi və Bakı-Supsa boru xəttinin bir hissəsinin işğal altında olan əraziyə düşməsi məsələsinə də münasibət bildirib: “Bannerin yerini dəyişmək və onu geri qaytarmaq olar. Bildiyimə görə, onu geri qaytarıblar. Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar. Ümid edirik ki, bu niyyət baş tutmayacaq. Biz çalışırıq ki, Bakı-Supsa kəməri həmişə Gürcüstanın nəzarətində olan ərazidən keçsin”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam