Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR DESFA-da səhmlərin 17 faizini "Snam"a satacaq

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA-da tenderdə qalib gəldiyi 66% səhm zərfindən 17%-ni İtaliyanın "Snam" şirkətinə satacaq.

 

Xeberinfo.com:   Bunu energetika naziri Natiq Əliyev ANS-də yayımlanan "Hesabat" verilişində müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Yunanıstan tərəfi bu ilin sonuna kimi DESFA məsələsinin həll olunacağını bildirib.

"Yəni ya Avropa Komissiyası burada Avropa İttifaqının qanunlarına ziddiyyət olmadığını qəbul etməlidir, ya da onların dediyi kimi, əldə olunan 66%-in 17%-i digər şirkətə satılacaq. SOCAR-ın 49% hissəsinin qalmasını və bu payı təsdiq edəcəklərini bildiriblər. Bu barədə danışıqlar aparılır. Biz buna razıyıq. Biz 66%-in 17%-ni İtaliyanın "Snam" şirkətinə satacağıq və bununla da DESFA məsələsi həll olunacaq", - deyə nazir əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam