Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Paşinyana AĞIR ZƏRBƏ: Ermənistan tarixində ilk dəfə...

 

Paşinyana AĞIR ZƏRBƏ: Ermənistan tarixində ilk dəfə...

Dünən Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun qələbəsi ilə başa çatan parlament seçkiləri ən az seçici fəallığı ilə bu ölkənin tarixinə düşüb.

Yenixeber.org: S
eçkilərə erməni seçicilərin 50 faizindən azı qatılıb.


“İravunk” qəzeti yazır ki, seçkilərə cəmi 48,63 faiz seçici qatılıb: “Bu, Ermənistanın seçki tarixində ən aşağı göstəricidir. “Məxməri inqilab”dan sonra Nikol Paşinyana ciddi zərbə aldı. Çünki ən azı seçicilərin yarısı onun parlamentini dəstəkləmir. Bu o deməkdir ki, yeni hakimiyyətin tənqidləri çox olacaq. Paşinyan “məxməri inqilab”ın nəticələrini bərkitmək üçün müxtəlif yollara əl ata bilər. Dünən günorta 14:00-a olan seçici fəallığının göstəricisi isə kədərli idi: 24,53 faiz. Paşinyan xahiş etdi ki, “hava tutqundur, lakin evdə qalmayın, gedin səs verin”. Lakin seçicilərin yarısından çoxu bu çağırışa səs vermədi və onların evdə qalmasına səbəb heç də tutqun hava deyildi”.

Qəzet qeyd edir ki, heç bir rayon və şəhərdə seçici fəallığı 50 faizi keçmədi.

“Gümrüdə cəmi 39,22 faiz, Vanadzorda 46,66 faiz seçici seçkiyə gəldi. İrəvanın da heç bir rayonunda seçicilərin 50 faizdən çoxu seçki məntəqələrinə gəlmədi. Hərçənd, “Mənim addımım” bloku 550 min dollarlıq seçki kampaniyası keçirmişdi. Bütün bunlar “məxməri inqilab”ın ümumxalq istəyi olmadığını sübut etdi”, - deyə qəzet yazır.

Respublika Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk səhifəsində bildirdi ki, “seçicilərin laqeydliyi və xalqın məyusluğu Nikol Paşinyanın şıltaqlığının nəticəsi idi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam