Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Sarkisyanın ofisinə basqın ediləcək - Erməni mətbuatı

Hakimiyyət Respublikaçılar partiyasının qərargahına basqın edəcək.

Yenixeber.org: Ermənistanda keçiriləcək 9 dekabr növbədənkənar parlament seçkiləri günü, eləcə də seçkilərdən öncə - 7 və 8 dekabrda hakimiyyət sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi Respublikaçılar partiyasının qərargahına basqın edəcək.

Bu barədə Ermənistanın “168 saat” qəzeti etibarlı mənbələrinə istinadən yazıb. Bildirilir ki, Nikol Paşinyanın əmrlərini icra edən güc strukturlarının Respublika Partiyasının qərargahına qəfil basqını üçün əsas (seçkilərdə səslərin rüşvətlə alınacağına dair polisə edilən “zənglər”) var.

“Yerevandakı hakimiyyətin bu addımının başlıca məqsədi seçkiqabağı anti-təbliğat, qorxu atmosferinin gücləndirilməsi və müxalif partiyaların qərargahlarında işlərin iflic edilməsidir. Mənbəmiz istisna etməyib ki, qərargahla yanaşı, Respublika partiyasının Melik Aramyan 2 ünvanında yerləşən mərkəzi ofisi də basqın hədəfinə çevriləcək” – qəzet yazıb.

Həmçinin qeyd olunur ki, əgər konkret “zənglər” və “şikayətlər” varsa, polisin basqın üçün məhz seçki gününü gözləməsi bütün bunların sadəcə Paşinyanın ucuz şousu olduğunu və ölkənin əsas müxalif partiyasının qələbəsindən ehtiyatlandığını sübut edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam