Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda yanan “Diqlas” Eldar Mahmudovun oğluna məxsusdur

 

Bu gün Bakının məşhur ticarət mərkəzi olan “Diqlas”da güclü yanğın baş verib. Ticarət mərkəzi demək olar ki, tamamən yanıb.

Yenixeber.org: Mərkəzin sahibi ilə bağlı redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Etibarlı mənbələrin verdiyi məlumata görə, “Diqlas” Ticarət Mərkəzi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. Vəzifədən uzaqlaşdırılan sabiq nazirin əlində qalan çox az əmlakdan birinin də məhz “Diqlas” olduğu bildirilir.

Qeyd edək ki, vaxtilə “Diqlas”ın qonşuluğunda yerləşən “Vosmoy” bazarı kimi tanınan bazarı E.Mahmudovun MTN çetesi ələ keçirmişdi. Bununla bağlı bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.

Akif Çovdarov və başqaları da bu haqda məhkəmədə geniş ifadə veriblər.

Əldə etdiyimiz digər məlumata görə isə, “Diqlas”a yeri o vaxtlar Nizami RİH-in başçısı olmuş Mehbalı Əliyev sərəncamla ayırıb. Lakin həmin vaxt Nizaminin bələdiyyə sədri bu səndə imza atmayıb. Səbəb kimi ərazinin yaşıllıq olmasını göstərib. Bundan sonra bələdiyyə sədrinə ciddi təzyiqlər başlayıb. Hətta onun MTN-də bir neçə gün saxlandığı, sənədi imzaladıqda sonra sərbəst buraxıldığı deyilir.(müsavat)

Dünya


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam