Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Çovdarov dedi ki, Eldar Mahmudov 500 minə razı deyil, bazarı ver...”

Artıq ləğv edilmiş MTN-in keçmiş rəhbəriyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşmanın sahibkarların əmlakını, biznesini quldurcasına necə ələ keçirdiyinə dair faktlar üzə çıxmaqda davam edir.

Xeberinfo.com:   Məlumata görə, əmlakı ələ keçirilən sahibkarlardan biri də Bakının xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarının ərazisində fəaliyyət göstərən topdansatış bazarının sahibi olan Səfərov qardaşlarıdır.

Bu bazarı hələ 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə qəsb ediblər. Eldar Mahmudov işdən çıxarılandan və MTN-dəki qruplaşmanın zərərsizləşdirilməsindən sonra bazarın sahibləri əmlaklarının geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ancaq deyirlər ki, hələlik onların müraciətinn təsiri yoxdur.

Vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov virtualaz.org saytının redaksiyasına müraciət edərək əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb. Səfərov deyir ki, 2005-ci ilin dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar.

Zərərçəkən danışır: “Sonra digər qardaşım Cəfər Səfərova zəng vuraraq qardaşının saxlanıldığını, birbaşa nazirliyə gəlməyi deyiblər. Hətta qardaşımın indi harada olduğunu da telefonla ona deyiblər, izləndiyi barədə xəbərdarlıq ediblər. Hər iki qardaşım gecə saat 12-yədək  Akif Çovdarovun kabinetində işgəncələrə məruz qalmışdı. Onları bir gün ərzində 500 min manat gətirmək şərti ilə azad etmişdilər”.

Şikayətçinin sözlərinə görə, qardaşlarının MTN-ə aparılmasından bir gün sonra, dekabrın 21-də Akif Çovdarov yenidən Cəfəri yanına çağırıb  və nazirin 500 min manatla razılaşmadığını bildirib: “Dedi ki, nazir pula razı deyil, bazarın onlara verilməsini tələb edir. Həmin gün Cəfərə o qədər işgəncələr verilmişdi ki, Akif Çovdarovun tələbi ilə razılaşmaq məcburiyyətində qaldı”.

S.Səfərovun dediyinə görə onlar bazarı “Bank of Baku”da girov qoyaraq 125 min manat kredit götürmüşdülər. Həmin vəsaiti bazarın abadlaşdırmasına, anbarlar tikilməsinə xərcləmişdilər.

Səfərovun danışdıqlarından:“Banka 70 min manata qədər borcumuz qalmışdı. Akif Çovdarovla banka gəldik, pulu ödəyib bazarın sənədlərini götürdük. Çovdarov Dövlət Əmlak Komitəsində bir nəfərlə əlaqə saxladı, bazarın girovluqdan çıxdığını təsdiq edən sənəd istədi. Həmin şəxs iş vaxtının sonu olmasına baxmayaraq dərhal sənədləri hazırlayaraq Çovdarova təqdim etdi. Səhəri gün Akif Çəfərov qardaşımı özüylə natariusa apararaq ondan bazarın mülkiyyət hüququnun Cəfərov Qulu adlı şəxsə keçdiyinə dair etibarnamə aldı. Bundan sonra bazara Çovdarovun yaxın qohumu Elşən Hüseynov nəzarət etməyə başladı”.

S.Səfərov deyir ki, bazarı onların əlindən alandan sonra səhmlərini MTN-in rəhbərliyində yer alan şəxslər arasında bölüşdürüblər. Sahibkar o vaxt Akif Çovdarovun quldurluq əməlləri ilə bağlı nazir Eldar Mahmudova və digər qurumlara onlarla teleqram, şikayət göndərdiyini deyir. Ancaq bu şkayətlərin heç bir nəticəsi olmur, əksinə, onu və qardaşlarını MTN-ə çağıraraq hədələyirlər.

“Hər dəfə teleqrama vuranda Çovdarov məni və qardaşım Cəfəri nazirliyə çağırırdı. Çünki Akif Çovdarovdan hara şikayət yazırdımsa onları MTN-ə göndərirdilər. Elə bil bütün nazirliklərdə Çovdarovun adamları vardı. Çovdarov məni çağıraraq dedi ki, sənə elə iynə vurduraram, ömür boyu iflic qalarsan, maşınından tank tapılar və heç kim də heç nə sübut edə bilməz. Deyirdi Allaha dua edin ki, evinizi də əlinizdən almıram, gedin başqa işdə çalışın”-Səfərov danışır.

Şikayətçi deyir ki, Eldar Mahmudov nazir postundan azad edilən gün Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib. Bundan sonra onu ifadə vermək üçün Baş prokurorluğa çağırıblar.

 Səfərov deyir: “Gedib ifadə verdim, bazarın sənədlərini təqdim etdim. Yeganə tələbimiz odur ki, araşdırma aparılsın, bazarın kimə məxsus olduğunu dəqiqləşdirsinlər. Biz “Maral-Veqa” MMC kimi 2000-ci ildə bazarın 50 faizini,  2002-ci ildə isə qalan hissəsini talmışıq. Bazar böyük qardaşım Cəfər Səfərovun adına rəsmiləşdirilib, elə buna görə də Akif Çovdarov daha  çox ona işgəncə vermişdi”.

Sahibkarın dediyinə görə, hüquq-mühafizə orqanlarında deyiblər ki, bazarın onların əlindən zorla alındığını bilirlər. Ancaq nədənsə indiyədək bazarın mülkiyyət hüququnu hələ də onlara qaytarmayıblar. Başqa sözlə, bazarı hələ də Akif Çovdarovun adamı nəzarət edir. Bu isə o deməkdir ki, bazardan yığılan yer haqları (söhbət hər il milyonlarla dollardan gedə bilər) hələ də Çovdarov və digərlərinin büdcəsinə axır.

Əməkdaşlarımız bazarda olub, satıcılarla da söhbətləşiblər.  1995-ci ildən bazarda çalışan Nüsrət Əliyev də bazarın zorla əvvəlki sahibindən alındığını təsdiqləyib: “Bütün bazar bu işdən xəbərdardır. Çoxları prokurorluqda izahat verib, baş verənləri danışıb. 2005-ci ildə iki-üç nəfər gələrək bazarda yer pulu yığmağa başladı. Dedilər ki, əvvəlki sahibini unudun, bazar MTN-nin nəzarətinə keçib. Heç kim qorxusundan danışa bilmədi”.

Bazarın ümumi sahəsi 1 hektar 20 sotdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam