Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanla Gürcüstan arasında yeni saziş imzalanacaq

 

BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.

"Xeberinfo.com":  Məlumata görə, nəzərdə tutulan təlimlər layihənin əsas komponentlərinin məqsədlərinə uyğun hazırlanaraq həyata keçiriləcək. Layihənin komponentlərinin birinin Azərbaycan və Gürcüstan arasında sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş tədbirlərin hazırlanması və tətbiqini nəzərə alaraq, ilk təlimin “Azərbaycan Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Nümayəndələrinin Fəaliyyətinə dair Sazişin Hazırlanması” mövzusunda 18-19 Dekabr, 2014-cü tarixində Bakı şəhərində keçirilib. Təlimdə Sərhəd əməkdaşlığına dair ikitərəfli və beynəlxalq sazişlərin hazırlanmasına dair beynəlxalq təcrübə müzakirə ediləcək, belə sazişlərin səmərəliyi və onların icra mexanizmləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tədbir layihə üzrə tərəfdaş olan Miqrasiya Sisysətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) beynəlxalq ekspertləri tərəfindən keçirilib. Tədbirdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının nümayəndələri iştirak edib.

Daha ətraflı:http://atvxeber.az/news/politics/8888-azerbaycanla-gurcustan-arasinda-yeni-sazis-imzalanacaq
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam