Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Pensiya sisteminin təkmilləşdirilməsi zəruridir"

 

 Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq üçün milli pensiya sisteminin aktuar tədqiqatlar əsasında təkmilləşdirilməsi və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

"Xeberinfo.com":  Məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevbildirib.

"Bu məqsədlə növbəti mərhələlərdə islahatların prioritet istiqamətləri 2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyasında əks olunub. Əsas vəzifələrdən biri də pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqramlaşdırmasının təmin edilməsidir", - deyə E.Mehdiyev əlavə edib.

DSMF sədri bildirib ki, bunun üçün Fond tərəfindən çoxşaxəli fəaliyyət planına uyğun olaraq kompleks tədbirlər həyata keçirilir: "İki gün sonra Fond və Dünya Bankının birgə təşkilatçılığı ilə Bankın təqdim etdiyi model vasitəsilə müxtəlif pensiya sxemləri seçimləri simulyasiyaları əsasında Azərbaycanın pensiya sisteminin mümkün inkişaf istiqamətlərinin aktuar proqnozlaşdırılmasının nəticələri ictimaiyyətə təqdim olunacaq".

"Azərbaycanda müasir çağırışlara çevik reaksiya verən pensiya sistemi formalaşdırılıb və beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub", - deyə Fondun rəhbəri qeyd edib.

DSMF başçısının sözlərinə görə, Azərbaycanda qabaqlayıcı tədbirlər sayəsində ölkənin pensiya sisteminin maliyyə dayanlıqlığı təmin edilib: "Bunun bariz göstəricisidir ki, 2003-2015-ci illərdə DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının həcmi 9 dəfədən çox artıb. Eyni dövrdə əmək pensiyalarının orta aylıq məbləğinin artımı isə 9,5 dəfə təşkil edib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam