Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məhkəmənin katibi həbs olundu-rüşvətə görə

 

Azərbaycanda məmur rüşvətə görə həbs olundu

Azərbaycanda rüşvət alma və təhrikçilikdə ittiham olunan vəzifəli şəxs həbs olunub.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Zaqatala rayon məhkəməsinin katibi Allahverənov Şahid Allahverən oğlu həbs olunub. Onun barəsində Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ş. Allahverənov Cinayət Məcəlləsinin 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) və 312.1 (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham olunur.

Xəbərə görə, Allahverənov bu qanunsuzluqlara bir müddət əvvəl fəaliyyətinə xitam verilmiş Zaqatala rayon Məhkəməsinin hakimi Arif İsmayılov tərəfindən təhrik edilib.

Hazırda istintaq aparılır.(yenisabah)

Qeyd: Foto hakim Fərid Əmirəliyevindir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam