Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Konqresmen Xocalı ilə bağlı bəyanat yaydı

 

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Yenixeber.org: Konqres üzvü bəyanatında Xocalı şəhərini və həmin faciəli günlərdə həlak olmuş Xocalı sakinlərinin xatirəsini anaraq Azərbaycan xalqının kədərinə qoşulduğunu bildirib və dərin hüznlə başsağlığı verib.

Virciniya Foks 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 nəfər azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

Konqres üzvü, həmçinin Azərbaycan hökumətinin ABŞ-ın dəyərli tərəfdaşı olduğunu bildirərək regionda Amerikanın əsas müdafiəçisi kimi çıxış etdiyini qeyd edib.

Sonda Konqres üzvü Xocalı faciəsində həyatını itirmiş insanları yad edərək Azərbaycan xalqına dərin ehtiramını bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam