Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DSX-dən növbəti əməliyyat:2 nəfər tutuldu

 

DSX əməliyyat keçirdi, 2 nəfər tutuldu
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıq­lığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz döv­riy­yə­dən çıxarılmasına nail olunub.
Yenixeber.org: DSX-dan verilən məlumata görə, 19 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­sinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzərdəni­zindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olun­ub.

Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşıb və ora­da gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxla­nılıb və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüd­lü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzərdənizindən qaçaq yolla İran İslam Respub­likasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam