Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlikdən xəbədarlıq

 

Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsilə bağlı əhaliyə xəbərdarlıq edib. 
"Xeberinfo.com": Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dəm qazı təhlükəsilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini versə də yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var.
Nazirlik əhalinin təhlükəsizliyi üçün bir daha xatırlatma edib:
Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır.
Odur ki, mənzildə istifadə etdiyimiz qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır;
- qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır;
- qaz cihazından istifadə etdiyimiz qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır;
- mütləq hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalıdır! Hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz!
- tüstü bacalarını, ən azı, ildə iki dəfə təmizlətməliyik! Bu məqsədlə, mənzil kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Amma bundan zəhərlənmənin əlamətlərini hiss edə bilərik: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxardırıq, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edirik, təcili tibbi yardım çağırmaq lazımdır.
Təhlükə zamanı 112-yə zəng etmək lazımdır!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam