Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mart qırğını ilə bağlı 76 cildlik cinayət işi-Ermənistanda

 

Ermənistanda mart qırğını ilə bağlı 76 cildlik cinayət işi
Ermənistanda 2008-ci ilin martın 1-də keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işinin materialları 76 cilddən ibarətdir.
 Yenixeber.org: Bunu Ermənistanın keçmiş baş nazir müavini Armen Qevorkyanın vəkili Erik Aleksanyan mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, materilların çoxluğu onların tam və dəqiq oxunması üçün kifayət qədər vaxt aparacaq. Bu səbəbdən 19 fevraladək müdafiə tərəfinin ittihamların əks olunduğu materiallarla tanışlığı üçün nə qədər vaxt tələb olunması barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinə məlumat veriləcək.

Qeyd edək ki, 76 cildlik cinayət işi materialları Ermənistanın ikinci prezidentiRobert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazirin müavini Armen Qevorkyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova qarşı aparılan və artıq başa çatan istintaq prosesi nəticəsində yığılıb. Koçaryan, Ohanyan və Xaçaturov 2008-ci ilin mart hadisələrində və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdində ittiham olunurlar. Armen Qevorkyan isə külli miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında, konstitusiya quruluşunu devirmək cəhdində iştirakda və 1 mart hadisələrilə bağlı ədalət mühakiməsinə əngəl törətməkdə ittiham edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam