Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Müdafiə Nazirliyindən cavab

 

Bu gün səhər saatlarından etibarən Ermənistan Müdafiə Nazirliyi və Qarabağdakı separatçı rejim təmas xəttinin şərq istiqamətində “misli görünməmiş atəşkəs pozuntusu” barədə bəyanatlar yayır.

"Xeberinfo.com": Əvvəlcə yayılan bəyanatlarda deyilirdi ki, guya Azərbaycan tərəfi təmas xəttində dekabrın 11-dən 12-nə keçən gecə “misli görünməmiş fəallıq” nümayiş etdirib, erməni mövqelərinə minomyotlardan və qumbaraatanlardan, habelə pulemyotlardan atəş açılıb. Düşmən tərəf iddia edirdi ki, itki verən də Azərbaycan tərəfi olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bu məlumatı təxribat adlandırdıqdan sonra erməni tərəfi bu dəfə təmas xəttindəki gecə atışmalarının “təfərrüatlarını” yayıb. Düşmən ordusundan  yayılan yeni açıqlamaya görə Azərbaycan silahlı qüvvələri erməni mövqelərinə 60 və 82 millimetrlik minomyotlardan 24 zərbə endirib, habelə snayperlər 144 dəfə atəş açıb, pulemyotlar və digər atıcı silahlar işə düşüb.

Virtualaz.org saytı düşmən tərəfinin son günlər cəbhədə Azərbaycan tərəfinin guya erməni mövqelərinə gah diversiya həmləsi həyata keçirdiyi, gah artelleriya zərbələri endirdiyi haqda misli görünməmiş informasiya fəallığına Müdafiə Nazirliyindən bir daha şərh alıb. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı erməni tərəfinin yaydığı “təfərrüatlar” haqda bildirib ki, bütün bunlar dezinformasiyadır və təxribat xarakterlidir, təmas xəttində və bütövlükdə münaqişə ətrafında vəziyyəti gərginləşdirməyə yönələn səylərin tərkib hissəsidir.

“Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, dekabrın 11-dən 12-nə keçən gecə təmas xəttində erməni tərəfinin iddia etdiyi kimi minomyotlardan istifadə olunmaqla heç bir atışma baş verməyib, cəbhədə vəziyyət bütün istiqamətlər üzrə Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir və düşmənin atəşkəsi pozmaq cəhdlərinin qarşısı alınır” - Vaqif Dərgahlı bildirib.

MN rəsmisi Ermənistan tərəfinin cəbhədə vəziyyətin guya hədsiz gərginləşdiyi barədə son günlər dalbadal yaydığı bəyanatların diqqəti ölkə daxilindəki vəziyyətdən yayındırmağa hesablandığını, bundan əvvəl də Ermənistanda siyasi vəziyyət gərginləşəndə belə təxribat mahiyyətli bəyanatların verildiyini və addımların atıldığını deyib.

Xatırladaq ki, Ermənistanda son günlər bir-birinin ardınca tanınmış müxalifət simalarına, vətəndaş cəmiyyəti fəallarına fiziki hücumlar həyata keçirilir. Ötən gecə Ermənistan parlamentinin müxalifətdən olan deputatı evinin qarşısında döyülüb. Hücuma məruz qalanların hamısı prezident Sərkisyanı tənqid edənlərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam