Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni kəşfiyyat qrupunun basqın cəhdi: bir əsgərimiz şəhid oldu

 

“Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib”
"Xeberinfo.com":  Məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində yenidən təxribata əl atıb.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, fevralın 21-nə keçən gecə düşmən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
Düşmənlə döyüşdə Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.
“Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat törətməklə öz əməllərini Silahlı Qüvvələrimizin üstünə atmağa cəhd göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq”, – deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam