Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sumqayıtda 30 gənc arasında kütləvi dava - 4 nəfər bıçaqlanıb (Yenilənib)

 

Sumqayıtda 30 gənc arasında kütləvi dava - 4 nəfər bıçaqlanıb (Yenilənib)
Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb.
 Yenixeber.org: Hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib. 

Sonradan əlbəyaxa dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üç nəfəri - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Eminin vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub. 

Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib. 

Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir. 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. 

***

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov AzərTAc-a bildirib ki, yaralanan dörd nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Ələsgərov Emin İlqar oğlu və 1995-ci il təvəllüdlü Kərimli Eltiram İnqilab oğlu dərhal əməliyyat olunublar. Hazırda onların vəziyyəti sabitdir, həyatlarına təhlükə yoxdur.(report)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam