Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Səhiyyə Nazirliyi istintaqa müraciət etdi

 

711 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub 

Respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən aparılmış laboratoriya müayinələrinin nəticələrinə görə, bu ilin 11 ayı ərzində gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 711 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

"Xeberinfo.com": Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən  verilən məlumata görə, qanun pozuntularına yol verdiyinə görə 153 sahibkarla bağlı istintaq orqanlarına müraciət olunub.

İl ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan 153 obyektin istismarı dayandırılıb.

11 ay ərzində kimyəvi göstəricilərinə görə 6435 yeyinti məhsulundan nümunələr götürülüb, onlardan 148-də normadan kənaraçıxma qeydə alınıb. Bakteroloji göstəricilərinə görə 7299 nümunədən 103-də normadan kənaraçıxma aşkar olunub.

Şadlıq evlərindən isə 17 min 901 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 229 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

1114 qida zəhərlənməsi hadisəsindən 1242 nəfər zərər çəkib.

Qeyd olunan müddət ərzində 21 botulizm hadisəsinin qeydə alınıb. Bunun da nəticəsində 37 nəfər zərər çəkib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam