Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhiyyə Nazirliyindən Bakı meriyasına müraciət

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yaşayış məntəqələri ərazilərinin sanitariya qaydalarına uyğun təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi sahəsində aşkarlanmış nöqsanlarla əlaqədar tədbir görülməsi üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi məktub göndərib.
"Xeberinfo.com":   Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq, Sabunçu, Xəzər, Suraxanı, Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə bir sıra təkliflər verilib. Binəqədi, Nizami, Qaradağ rayonlarında isə cavabdeh şəxslər inzibati qaydada cərimə olunub.
Bakı şəhəri əhalisinə verilən su təchizatı üzərində də sanitariya nəzarəti davam etdirilib. Şəhər ərazisində yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulub-zərərsizləşdirilməsi işi nəzarətdə saxlanılıb. Bakı şəhərinin mərkəzi su anbarları və nasos stansiyaları üzərində aparılan laborator nəzarəti ilə əlaqədar olaraq bu ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub. İçməli su nümunələrində aşkar olunmuş qeyri-kafi nəticələrlə bağlı araşdırmalar aparılıb. Suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam