Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Səhiyyə Nazirliyindən zəhərlənmələrlə bağlı xəbərdarlıq

 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Dövlət sanitariya xidməti zəhərlərlənmələrlə bağlı xəbərdarlıq edib.

"Xeberinfo.com":   Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəblərini diqqətlə araşdırır. Bu məqsədlə müvafiq təhqiqat işləri həyata keçirilir. Qidanın hazırlanma, saxlanma, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması halları müəyyənləşdirilir. Qəbul olunmuş qidaların içərisində zəhərlənməyə səbəb olması ehtimal olunan qida müəyyənləşdirilir, qida qalıqlarından və xəstələrin mədə yuyuntusundan nümunələr götürülür və laboratoriya müayinələri aparılır.

Qeyd etmək lazımdır ki, vətəndaşlar tərəfindən qidanın ev şəraitində hazırlanmasına Dövlət sanitariya nəzarətinin həyata keçirilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmayıb. 
Ümumiyyətlə qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər. 
Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir. Belə hallar əsasən ilin isti aylarında müvafiq şərait olmadan qidanın lazımi temperaturda saxlanılmadan qəbulu hallarında baş verməsi əvvəllər qeydə alınıb.
Qida zəhərlənməsi baş vermiş ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlıq subyektlərinin sahibkarları və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yol verilmiş sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. 

Zəhərlənmə hallarının qarşısını almaq məqsədilə ictimai iaşə obyektləri tərəfindən bir sıra qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edir. İctimai iaşə obyektlərində sanitariya norma və qaydalarının tələblərinə əməl olunmalı, iaşə sahəsində çalışan işçilərin sanitariya-gigiyena qaydalarının tələbləri üzrə biliklərinin artırılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam