Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Yol hərəkəti haqqında” qanunda nə dəyişib? - ekspertdən açıqlama

 

Son qanun sırf texniki dəyişikliklərlə bağlıdır.

 

Yenixeber.org: Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna edilən dəyişikliklərlə bağlı ekspert Elməddin Muradlı AzNews.az-a danışıb.

“Son qanun sırf texniki dəyişikliklərlə bağlıdır. Sadəcə yol hərəkəti haqda qanunda digər qanunlarla uyğun gəlməyən məsələlər var idi ki, onların qaydaya salınmasına hesablanıb. Digər tərəfdən bildiyimiz kimi dekabr ayında “Yol hərəkətinin təhlükəsizliyinə dair” dövlət proqramı təsdiqlənib. Həmin dövlət proqramından da irəli gələn bəzi məsələlər var ki, “yol hərəkəti haqqında” qanuna uyğunlaşdırılmalıdır.

Ümumiyyətlə yol hərəkəti haqqında qanuna köklü dəyişikliklər nəzərdə tutulur. Ədliyyə nazirliyi, Nazirlər Kabineti və digər aidiyyatı dövlət qurumları qarşısında böyük vəzifələr qoyulub. Bu da onlardan irəli gələn bir məsələdir və yəqin ki, bu, sonuncu deyil. Bu sahədə dəyişikliklər davamlı olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam