Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Prezidentdən mühüm fərman:Mərkəz niyə gecikir?

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması istiqamətində iş aparılır.

Yenixeber.org: Bu sözləri AMEA-nın vitse-prezidenti, Elm və təhsil komitəsinin sədri, Dövlət Dil Komissiyasının üzvü akademik İsa Həbibbəyli Prezident fərmanından 3 aya yaxın vaxt ötməsinə baxmayaraq, hələ də Monitorinq Mərkəzinin yaranmamasının səbəblərinə aydınlıq gətirərkən deyib.

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Əsasnaməsi hazırlanıb. Hazırda Əsasnamə qurumlarla razılaşdırılır. Bütün bu proseslərdən sonra mərkəzin yaradılması üçün həlledici addımlar atılacaq. İnanıram ki, proses yaxın vaxtlarda başa çatacaq. Mərkəz yaradıldıqdan sonra isə üzvlər təyin olunacaq”, - o bildirib.

İ.Həbibbəyli yaradılacaq mərkəzin görəcəyi işlərdən də danışıb:

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əsas fəaliyyəti KİV, reklam, elmi və digər əsərlərdə Azərbaycan dilinin saflığını qorumaqdan və ədəbi dilin daxili imkanlar hesabına inkişafına kömək etməkdən ibarət olacaq”.

Akademik bildirib ki, Azərbaycanda tanınmış dilçi alimlər kifayət qədərdir və Mərkəz onların potensialından istifadə edəcək:

“Şübhəsiz ki, yaradılacaq Mərkəz müxtəlif monitorinqlər və onların müzakirəsi nəticəsində ədəbi dilin daha işlək, çevik və normalara uyğun şəkildə inkişafında mühüm rol oynayacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı 1 noyabr 2018-ci ildə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması nəzərdə tutulub.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam