Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənistan hökuməti silahlı qiyamçıya təzminat ödəyəcək

 

Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyan hakimiyyətinə qarşı silahlı qiyam qaldırmış, lakin daha sonra zərərsizləşdirilərək həbsə atılmış “Sasna Tsrer” qruplaşmasının üzvü Vardan Qeravetyanın Ermənistan hökuməti əleyhinə şikayətini təmin edib.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Qeravetyanın vəkili David Gürcyan deyib. Onun sözlərinə görə, məhkəmə Qeravetyanın şəxsi azadlıq və ədalətli məhkəmə icraatı hüquqlarının pozulduğunu təsdiqləyib.

“Bununla da məhkəmə təsdiqləyib ki, ən azı 2017-ci ilin oktyabrında həbs edildiyi andan başlayaraq sərbəst buraxıldığı vaxtadək Qeravetyan qanunsuz qərarla azadlıqdan məhrum edilib. Onun qanunsuz həbsinə görə dəymiş ziyanın ödənilməsi üçün hazırda dövlətdən təzminat tələb olunması məsələsinə baxılır”, - deyə vəkil vurğulayıb.

Qeravetyan Ermənistan polis polkunu silahla ələ keçirməkdə, girovlar götürməkdə, qanunsuz silah saxlamaqda və külli miqdarda maliyyəni mənimsəməkdə ittiham edilir. Onunla bağlı məhkəmənin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar Qeravetyan hazırda azadlıqdadır.

Virtualaz.org xatırladır ki, 2016-cı il iyulun 17-də “Sasna Tsrer” qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış və Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürmüşdü. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Yegizaryan da olub. Həmin hadisələrdə əhali də qiyamçıların tərəfində olub və blokadada olan qruplaşma üzvlərini ərzaqla təmin etməyə çalışıb. Lakin bir neçə gündən sonra qiyamçılar hökumət qüvvələrinə təslim olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam