Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu, tarixi səfərdir, yeni imkanlar yaranacaq -İlham Əliyev

 Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Yenixeber.org: Bu sözləri Prezident İlham Əliyev Bakıda səfərdə olan Zimbabve Prezidenti Emmerson Mnanqaqva ilə görüşü zamanı deyib.

“Bilirəm ki, gəlişiniz çərçivəsində siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz" - Prezident bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam