Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Serbiya bizim üçün dost ölkədir”- İlham Əliyev

“Serbiya bizim üçün dost ölkədir” - İlham Əliyev
“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək, Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq”.
Yenixeber.org: Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə geniş tərkibli görüşdə bildirib. Onun sözlərinə görə, Azərbaycan-Serbiya arasında əlaqələr çox uğurla inkişaf edir: “Biz dost, strateji tərəfdaşıq və son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq edirik, əminəm ki, bu gün aparılan danışıqlarda bu sahəyə də təkan veriləcək. Humanitar sahədə çox gözəl əməkdaşlıq var. Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var.

Biz gələcəkdə energetika, nəqliyyat sahəsində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var və belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaq. Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, iki ölkənin münasibətlərinin böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir. Əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək. Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam