Azərbaycan və Monqolustan prezidentləri görüşüb- (Yenilənib)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.
Yenixeber.org: Dövlətimizin başçısı Monqolustan Prezidentini qarşıladı. Sonra birgə foto çəkdirildi. Daha sonra dövlət başçılarının görüşü oldu.
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa deyib: "Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız, döyüşçülərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir. Onlar bunu öz gözləri ilə görürlər. Biz yerə enərkən təyyarədən görünürdü ki, siz çoxlu ağac əkirsiniz, çox təmiz küçələriniz var, çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox gənclərin idmana yiyələnmələri üçündür və bu, böyüyən nəslin tərbiyəsinə müsbət təsir göstərir"
Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Seçkilərdə qələbə münasibətilə məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.
Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, belədir. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüdoda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq".
Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olundu.
Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Sonda xatirə şəkli çəkdirildi.