Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

MIRŞAHİN QHT SƏDRİNİN OĞLUNU HƏBS ETDİRİB?

 

image here

QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.
Yenixeber.org: Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova bu barədə KİV-lərə məlumat verib.
Məlahət Abbasova bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə aparıblar: “Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb.
Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm. Mən də oğlumdan soruşdum, dedi ki, “ana, dəqiq xatırlamıram. Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işarəsi qoymuşdum, onu nəzərdə tuturlar. Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəy yazmışdım ki, ona bu da azdır. Yəqin onu nəzərdə tuturlar”.
Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur”.
Əvvəllər ANS televiziyasında vitse-prezident olarn Mirşahin hazırda peyk vasitəsilə yayımlanan REAL TV-nin rəhbəridir. O, müxalif qüvvələrə, xüsusilə də Avropada yaşayan və Azərbaycan hakimiyyətinə qarşı tənqidi mövqedə olan azərbaycanlılara qarşı xüsusi aqressiv mövqeyinə görə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam