Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Bu bank çirkli pulların yuyulmasında ittiham olunur

 

 

Azərbaycanda kredit təşkilatı olan Gürcüstanın böyük banklarından biri “TBC Bank”ın fəaliyyətində çirkli pulların yuyulması əlamətləri və digər qeyri-qanuni əməllər aşkar olunub.

Yenixeber.org: Bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Salome Çikobava bildirib.

O deyib ki, Maliyyə Monitorinqi Xidməti “TBC Bank”ın 2018-ci ilin may ayında maliyyə və hüquqi şəxslər, inzibatçılar və ayrı-ayrı səhmdarların fəaliyyətlərini tədqiq etməyə başlayıb: “Xidmət belə bir nəticəyə gəlib ki, bu fəaliyyətlərdə qanunsuz gəlirin leqallaşdırılması, pul yuma və digər qeyri-qanuni hərəkətlərin əlamətləri açıq-aydın görünür”.

Materiallar baxılması üçün ölkənin Milli Bankı və Gürcüstan Prokurorluğuna təqdim olunub. Milli Bank səlahiyyətləri çərçivəsində məsələni araşdırıb və qanun pozuntularına müvafiq reaksiya verib.

Baş Prokurorluq 2018-ci ilin avqustun 2-də qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.

“TBC Bank” isə Baş Prokurorluğun bankdan müsadirə etdiyi sənədlərin 2018-ci ildə həyata keçirilmiş qanuni bank əməliyyatlarına aid olduğunu bildirib.

Gürcüstanın Milli Bankı “TBC Bank”ı artıq milyon lari (375 234 dollar) məbləğində cərimə edib. Banka qarşı əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, “TBC Bank” Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı 100% bu bankın törəməsidir. Bir qədər əvvəl "TBC Kredit"in Azərbaycandakı “Nikoil Bank” ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam