Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ölkədə ən çox qar düşən kənd:şəlalə dondu - Foto

 

Quba rayonunun Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.

Yenixeber.org: Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var.

Quba rayonunun gəzməli-görməli yerlərindən sayılan Qırız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

Qırıza səyahət turlarının təşkilatçılarından olan Mürsəl Qasımov bildirir ki, turistlər kəndlə yanaşı, buradan 2-3 kilometr məsafədə yerləşən donmuş şəlaləyə ekskursiya etməyi xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalərə yüzlərlə turist səyahət edir. Turistlər Qırız kəndinə kimi avtomobillə, şəlaləyə olan yolu isə piyada gedirlər.

Qırız kəndinə səyahət zamanı çəkilən fotoları təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam