Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ermənistan MN 7 hərbi qulluqçu barədə məlumat yayıb

 

2018/12/34534-1545295592.jpg      
Ermənistanda dekabr ayının əvvəlindən indiyədək müxtəlif tibb müəssisələrinə və qarnizon hospitallarından Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizon hospitalına müxtəlif xəsarətlər almış 7 hərbi qulluqçu təxliyyə edilib.

 Yenixeber.org: Bu barəsə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib.

Hərbi qulluqçulardan birinin bədəninin müxtəlif nahiyələrində II-III dərəcəli yanıqları olduğu, daha bir hərbi qulluqçunun isə Mərkəzi Klinik Hərbi hospitalına ürək ağciyər reanimasiyasından sonra təxliyyə edildiyi bildirilib. Qeyd edilən müddət ərzində daha bir hərbi qulluqçu dəlib keçən odlu silah yaralanması ilə qəbul edilib. 

Digər iki hərbi qulluqçu mina partlayışı nəticəsində xəsarətlər alıblar. Dekabrın 17-dən 18-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi hospitalına daha iki hərbi qulluqçu odlu silah yaralanması ilə daxil olub. Bütün hərbi qulluqçuların həkim nəzarəti altında olduğu, həyatlarına heç bir təhlükə olmadığı qeyd edilib. 

Ermənistan MN mətbuatda qeyd edilən hadisələrin müxtəlif vaxtlarda, müxtəlif şəraitdə və müxtəlif hərbi hissələrdə baş verdiyini, bunlar arasında hər hansı əlaqə qurmaq və ya bir hadisənin nəticəsi kimi göstərməyə cəhd göstərməyin yanlış olduğunu bildirib.(ordu.az)

Alpər Mövludoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam