Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Hərbi həkimlər ilk dəfə unikal əməliyyat həyata keçirdi

 

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək Damar Mərkəzində dünyada ilk dəfə unikal əməliyyat həyata keçirilib. 

"Xeberinfo.com": APA-nın məlumatına görə, bu barədə Mərkəzin rəisi, uzman doktor Anar Əmrah bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A. Əmrahın sözlərinə görə, kəsin miokard infarktı ilə noyabrın 15-də müraciət etmiş Şahin Qurbanov adlı xəstədə təcili angioqrafiya nəticəsində ektazik – yəni genişlənmiş tac ana damarın tamamilə trombla tutulması aşkarlanıb: "Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik dərmanların tətbiqinə baxmayaraq, nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə, gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizis bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiq etdik və uğurlu nəticə aldıq".

Həkim onu da qeyd edib ki, 12 saatlıq müalicədən sonra damarlara təkrar angiooqraıfiya ilə baxılıb və tromb ilə tutulmuş damarın tamamilə açılması görünüb. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edilib və kafi vəziyyətdə evinə yazılıb.

"Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər imza atıblar. Əminliklə deyə bilərik ki, Hərbi Hospitalımız öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır", - deyə A. Əmrah vurğulayıb.

Mərkəz rəisi onu da vurğulayıb ki, noyabrın 8-də Ürək Mərkəzində Azərbaycanda ilk dəfə daha bir əməliyyat icra olunub. Əməliyyat 73 yaşında ciddi aort qapaq darlığı ilə ürəyin artım frakssiyası 25% olan xəstədə, bud arteriyasından girilərək anesteziya verilmədən, kateter ilə döş qəfəsi açılmadan, aort qapağın yerləşdirilməsi həyata keçirilib. Aparılan uğurlu əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam