Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neftçilər Xəstəxanası yenə can aldı - ŞİKAYƏT

 

Mərkəzi Neftçilər Xəstəxanasında həkimin səhlənkarlığı ucbatından növbəti ölüm faktı qeydə alınıb.

 

Xeberinfo.com:  Bu barədə Azxeber.com-a dünyasını həkim Abbasəli Abbasəliyevin səhlənkarlığı ucbatından dəyişmiş xəstənin qızı məlumat verib.

Bakı sakini Həcər Alxasovanın dediyinə görə, 2016-ci ilin mart ayında atası Alxasov Murad ürəyində yaranmış yüngül problemlə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib:

“Mən, Alxasova Həcər Murad qızı atamın həkim səhlənkarlığı nəticəsində vaxtsız ölümü ilə bağlı bəzi faktları sizinlə paylaşaraq bu mövzunu portalınızda işıqlandırmanızı xahiş edirəm. İnsanın doğmasının öz əcəli ilə yox, məhz hansısa həkimin səhvi və səhlənkarlığı nəticəsində itirməsi qədər ağrılı dərd yoxdur.

Təəssüf ki, bəzi həkimlərin insan həyatına laqeyd yanaşması bir çox ailənin çırağını söndürür, övladları valideynsiz, valideynləri övladsız qoyur. Artıq atamızı heç nə geri qaytara bilməyəcək. Artıq heç bir söz keçirdiyimiz bu dəhşətli günlərə təsəlli, qanayan yaramıza məlhəm ola bilməyəcək. Amma bizim başımıza gələnlər başqalarının da başına gəlməsin, bizim yaşadığımız taleyi başqaları da yaşamasın deyə həkim seçimində daha diqqətli olmaları üçün baş verənləri bütün incəlikləri ilə oxucularınızla bölüşmək istərdim.

Atam 1958-ci il təvəllüdlü Alxasov Murad Səfər oğlu ilə 12.03.2016-cı il tarixdə yüngül gərginlik stenokardiyası şikayətləri ilə Mərkəzi Neftçilər Xəstəxanasında Kadiologiya şöbəsinin müdiri, həkim Abbasəli Abbasəliyevin qəbulunda olduq. El arasında Anju kimi tanınan koronaroangioqrafiya müayinəsindən keçdikdən sonra ürəyin 3 damarının 75-90 faizli daralması diaqnozu ilə, damar statusu qiymətləndirmədən təcili stent qoymaq lazım olduğunu bildirdi.

Çətinliklə keçən stent implantasiyası zamanı stent həkimin əlindən sürüşərək qan dövranına salındı; açıq əməliyyatla qasıq nahiyəsindən çıxarıldı. Buna baxmayaraq, prosedur 3 saat davam etdirildi və çox çətinliklə LAD damara (əsas magistral damar) 2 stent qoyuldu. İki gün sonra Kardioloq A. Abbasəliyev özü qoyduğu LAD damarın stentindən narahat olaraq yenidən anju müayinəsi etdi. Həkim Rəşad Mahmudovla birlikdə təkrar müayinədə stentlərin açıq və yerində olduğuna, heç bir problem olmadığına qərar verildi.

Onu da bildirim ki, əməliyyat zamanı qan itirmiş xəstədə dəfələrlə təkid etməmizə baxmayaraq, hemoqlobin yoxlanılmadı, yalnız evə yazılan zaman təkidlə yoxlanıldı və bu zaman kəskin aşağı düşdüyü (ilkin 14,9, buraxılış zamanı 8,3) aşkar olundu. Buna baxmayaraq, stent qoyulmuş, açıq əməliyyatdan çıxmış, hemoqlobini kəskin düşmüş, nəticədə xəstəxanada olduğu müddətdə sinkopa (özündən getmə) düşmüş və ürək infarktına səbəb olmuş xəstəni 8,3 hemoqlobinlə evə yazırlar.

Hələ bu harasıdır ?! Evə yazıldıqdan bir gün sonra xəstədə gəlib-keçici, göynədici, tipik angina pectoris (ürək ağrıları) şikayətləri başlayır. Dəfələrlə A. Abbasəliyevə xəstənin şikayətləri haqda məlumat verməyimizə baxmayaraq, həkim heç bir narahatlığa əsas olmadığını, yalnız nitroglicerin dərmanını qəbul etməli olduğunu bildirir”.

O həmin gün növbətçi olan Bahadur həkimdən də şikayətçi olduğunu bildirir.

“Növbəti gün gecə vaxtı yenidən xəstə ürək nahiyəsində güclü göynədici ağrılardan şikayətlənir. Lakin Neftçilər Xəstəxanası xəstəni qəbul etməkdən imtina edir, bir neçə dəfə A. Abbasəliyevlə əlaqə saxlayandan sonra vaxt itkisi ilə xəstə qəbul olunur. Neftçilər xəstəxanasında sonda(növbətçi Bahadur həkim) xəstənin şikayətlərinin yalnız təzyiq fonunda olduğunu düşünərək yenidən 2 saata yaxın vaxtı təzyiqin salınmasına sərf edir, ancaq 3 cü dəfə təkidlə biz EKG çəkdirdikdən sonra ürəyin geniş infarktı göstəriciləri görüldü. Bu dəfə isə böyük Kardioloji şöbədə yenidən təcili olaraq anju müayinəsi aparacaq bir həkim tapılmadığı üçün 5 saatlıq böyük vaxt itkisi ilə atam Mərkəzi Klinik Xəstəxanaya göndərilir”.

Şikayətçi bildirib ki, Abbasəli həkim xəstənin ən ağır dönəmində xarici ölkələrdən birinə gedibmiş: “Qeyd edim ki, baş verən bu proseslər zamanı kardioloq A.Abbasəliyev xəstənin vəziyyətinin ağırlığını nəzərə almadan, güvəndiyi bir həkimə etibar etmədən özünün dediyinə görə, xaricə istirahətə getmişdi və onunla olan bütün dialoqlarımız telefonla, mesajla olmuşdur. Mərkəzi Klinik Xəstəxanasında Müayinə nəticəsində isə qoyulmuş stentin tam açılmadığı, tamamilə tromblaşdığı məlum olur və görülən bütün tədbirlərə baxmayaraq, növbəti iki saatda ürəyin ön divarın geniş infarktı və kəskin sol mədəcik çatışmazlığı diaqnozu ilə atam dünyasını dəyişir.

Bunları yazmaq olduqca çətindir. İnsan həyatının həkimlərimiz tərəfindən cılızlaşdırılması çox ağrılı bir haldır. Niyə axı bizim həkimlərimiz “məşhurlaşıb” ad çıxarandan sonra işlərinə qarşı məsuliyyətsiz olurlar? Niyə xəstənin həyatını ucuz, cılız hesab edirlər?

Sonda isə bu xəstəxananın tək qurbanı olmadığımızı nəzərə alaraq onu demək qalır ki, Allah heç kəsin yolunu Respublikanın “nüfuzlu” klinikası olan Mərkəzi Neftçilər xəstəxanasının kardioloji şöbəsinə salmasın.

Xatırladaq ki, bundan öncə də adıçəkilən xəstəxanada həkim səhlənkarlığı ucbatından bənzər hadisələr dəfələrlə başverib".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandıra bilərik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam