Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xəbərdarlıq:Güclü yağış, qar yağacaq

 Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeronyarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 22-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam