Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkili PKK-dan danışdı

 

“Qaraçuxur məscidini yandıran şəxsin PKK-lı olması təəccüblü deyil. Çünki bu terror təşkilatı üçün müqəddəs sayılan bir şey yoxdur” 

"Xeberinfo.com": Bu sözləri deputat Fazil Mustafa facebook hesabında paylaşıb.

Deputat bildirib ki, guya kürd xalqının maraqlarını təmsil etdiyini iddia edən bu qurumun militanları Türkiyədə kürd uşaqlarının oxuduqları məktəbi yandırırlar ki, bu uşaqlar savadsız böyüsünlər və PKK üçün əsgər arsenalına çevrilsinlər:” Yəni öz xalqının gələcəyinə də yanaşma tərzləri budur. Təəccüblüsü odur ki, bir neçə dəfə həmin şəxsin PKK simvollarını sosial şəbəkədə təbliğ etməsi, müxtəlif çağırışlar səsləndirməsi bu günədək müvafiq qurumların diqqətindən yayına bilib. Demək ki, bu faktı əsas götürərək Azərbaycanda PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımaq və onun mümkün strukturlarına qarşı mübarizə aparmaq fürsəti yaranıb. Bu addımı biz Türkiyənin xətrinə etdiyimizi düşünməməliyik, çünki Türkiyə hökuməti ilə PKK lideri Öcalan arasında əvvəlki vaxtlardan fərqli xeyli mehriban münasibətlər mövcuddur. Biz bunu öz təhlükəsizliyimizin təminatı üçün etməliyik. Bu gün məscidi yandıranların, sabah hansı addımlar atacaqlarını proqnozlaşdırmaq çətin deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam