Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyə ilə atəşkəs mənasını itirib”

 

İraqdakı PKK mövqelərinə Türkiyə hücumlarından sonra Ankara ilə atəşkəs öz mənasını itirib, kürd silahlıları bildiriblər.
"Xeberinfo.com":   “Türkiyə işğalçı ordusununun şiddətli hava zərbələrindən sonra atəşkəs artıq mənasını itirib”, – Reuters agentliyi PKK rəhbərliyinin bəyanatından iqtibas gətirir.
Associated Press agentliyinə danışan PKK-nın İraqdakı sözçülərindən Zagros Hiwa deyib ki, “hücum sülh razılaşmasını sona çatdırdı”.
Türkiyə ilə kürd silahlıları arasında atəşkəs 2013-cü ildə qüvvəyə minib.
Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba həmləsi və sərhəd bölgəsində silahlılarla atışmadan sonra Türkiyə İraqın şimalındakı kürd silahlılarının mövqelərinə hava zərbələri endirdiyini bildirib.
2013-cü ildə elan olunmuş atəşkəsdən sonra bu PKK hədəflərinə ilk həmlədir.
Müstəqil dövlətin qurulması uğrunda mübarizə aparan PKK və Türkiyə arasında 30 ildən artıqdır ki, davam edən silahlı münaqişə nəticəsində 40 mindən çox adam həyatını itirib. /BBC


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam