Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

PKK-da “müharibə”: 40-dan çox terrorçu edam edildi

Suriyanın şimalında bir dövlətin qurulmasını xəyal edən PYD (PKK-nın Suriya qolu-  red.) ilə Qəndil (PKK-nın Şimali İraqdakı əsas qərargahı burada yerləşir – red.) arasında qarşıdurma yaranıb.

 Xeberinfo.com: Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbərə görə, PYD ilə Qəndil arasında yaranan qarşıdurmadan sonra 40-dan çox terrorçu edam edilib. İddiaya görə, PYD Suriyanın şimalında dövlətin ancaq PKK-dan “uzaq görünmək”lə mümkün olacağınını düşünür.

 

PKK və PYD arasında qarşıdurmanın təməl səbəbi “İran və Əsədlə əlaqələr”dir. “BAAS rejiminə qarşı döyüş” və “əməkdaşlıq” variantları arasında qalan təşkilatda fikir ayrılıqları son dövrlər xeyli dərinləşib. Bununla əlaqədar PKK-da daxili təmizlik və edam dövrü başlanıb, 40-dan çox terrorçu edam edilib, bir çox terrorçu zərərsizləşdirilib.

 

Qarşıdurmanın səbəblərindən biri ABŞ-ın PYD ilə PKK arasında məsafə qoymasıdır. PYD ABŞ-la birlikdə yeni bir strategiya üzərində işləyir. PYD Suriyada “Federal Kürd Dövlətin”nin bir çox ölkənin terror siyahısında olan PKK-dan uzaq durmaqla qurula biləcəyini düşünür.

 

“Rojava” adlandırdığı Suriyanın şimalını yeni məskunlaşma ərazisi olaraq görən PKK bu bölgəni “qurulacaq dövlət”in torpaqları kimi qəbul edir və PYD-yə tamamilə nəzarət etmək istəyir.

 

Suriyadan fərqli olaraq PKK liderlərinin olduğu Qəndildə ingilis mərkəzli siyasət sərgilənir. PKK və PYD arasında son 1,5 ildə əslində ABŞ-ingilis çəkişməsinin baş verdiyi bildirilir.

 

Bundan başqa, Qəndil PYD-nin İran, Əsəd və Rusiya ilə birgə hərəkət etməyə məcbur edir, PYD isə başqa Saleh Müslim olmaqla ABŞ ilə ittifaqı dəstəkləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam