Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

PKK Türkiyəyə qarşı

 

PKK terror təşkilatı kürd probleminin həlli prosesinin uğursuzluğa düçar olacağı təqdirdə Türkiyənin cənub-şərqində terror aksiyalarını bərpa edəcək

 

"Xeberinfo.com":  APA-nın “Associated Press” ə istinadən verdiyi xəbərə görə, bu barədə PKK-nın rəhbərlərindən olan Murad Karayılan “RojNews”a açıqlamasında bildirib.
 
Həll prosesi müvəffəqiyyətlə nəticələnəyi halda hazırda həbsdə olan PKK lideri Abdulla Öcalanın 2015-ci ilin aprel ayında keçiriləcək PKK-nın 12-ci Konqresinə qatılacağını bildirən M. Karayılan, Öcalanın kürd probleminin həlli ilə bağlı layihə göndərdiyini  və  bu layihəni müzakirə etdiklərini söyləyib: "Öcalanın bu layihəsi əsasında sülhə hazırıq. Layihəyə görə, tərəflər arasında razılıq əldə olunarsa, 15 martda Türkiyə dövlətinə qarşı silahlı mübarizə dayandırılacaq. Biz  ona uyğun hərəkət edəcəyik. Ya siyasi qüvvə olacaq, ya da mübarizəni davam etdirəcəyik. Konqresdə bununla bağlı qərar veriləcək". 
 
M. Karayılan bəyan edib ki, problemin həlli ilə bağlı lazımi addımlar atılmazsa və bu məsələdə irəliləyiş əldə olunmazsa, Türkiyədə 2015-ci ilin yayında keçiriləcək seçkilərdən öncə PKK döyüşlərə başlayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam