Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq deputatın anası ölkədən buraxılmır

Hüseyn Abdullayevin anası ölkədən buraxılmır

 

        Eks-deputat məsuliyyəti hakimiyyətin üzərinə qoyur

 

     "Xeberinfo.com": “Yəqin, sizlər razı olarsınız ki, öz mənliyinə və şərəfinə önəm verən hər bir insan heç zaman yaşlı qadından intiqam almaz, yaxud yaşlı bir ananı girov kimi saxlayaraq öz opponentinə acıq verməz. Şəxsən mən belə bir alçaqlığa əl atsaydım, anam öz südünü halal etməz, buna kəskin etirazını bildirərdi. Çünki anamı tanıyanlar bilirlər ki, o, necə sülhsever və istənilən zorakılığa qarşı çıxan insandır”.
     Bu sözləri keçmiş deputat, indi Almaniyada siyasi mühacirətdə olan Hüseyn Abdullayev Facebook səhifəsində yazıb. Azərbaycan hakimiyyətini sərt tənqid edən H.Abdullayev yazır ki, ailə üzvlərinin təhlükəsizliyi üçün dövlət rəsmiləri məsuliyyət daşıyır:“Mənim də anam hər bir ana kimi öz oğluna candan yaxın və heç şübhəsiz, övladı üçün fikirləşmədən həyatını qurban verməyə razı olan birisidir. Amma dərin ikrah hissi ilə deməliyəm ki, yuxarıda sadaladığım dəyərlər sadist, bütün məsuliyyət hissini itirmiş İlham Əliyev üçün tamamilə əhəmiyyətsiz bir anlayışa çevrilib. Artıq bir neçə gündür bu avtoritar rejimi təmsil edənlər heç bir səbəb göstərmədən anamın Almanıyaya gəlib meni görmesine mane olur, absurd bəhanələrlə onun hava limanından keçməsinə imkan vermirlər. Bunun adı acizlikdir, bunun adı qorxaqlıqdır, insanlıq duyğularını tamamilə itirməkdir. Eziz dostlar, heç problem yoxdur, qoymurlar, qoymasınlar. Onsuz da yaşlı olan anam neçə vaxtdır yorulub bu uzaq yolları gedib-gəlməkdən. Hesab edirəm ki, hələlik o, gəlməsin, öz vətənimizdə qalsın. Mən buradan ölkə rəhbərliyinə bəyan edirəm ki, əgər menim anamın, ya da başqa bir ailə üzvümün başından bir tük belə əskik olsa, bunun bütün məsuliyyətini onların ailə üzvleri daşıyacaq. Eyni zamanda onları əmin edirəm ki, Hüseyn Abdullayev nə qədər ki, öz xalqına ürekden bağlıdır, o qədər də haqsızlığa və despotizmə qarşı mübarizəsini aparacaq. Son olaraq İlham Əliyevə məsləhət görərdim ki, mətbuatdakı bezi ucuz fahişələrinin əli ilə menim keçmişimə qara yaxmağa çalışmasın”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam