Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hüseyn Abdullayev Elton Məmmədovu “yıxıb-sürüdü”: ...səsin tutulmuşdu, ay bədbəxt?!.

 

Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun müsahibədə işlətdiyi bəzi fikirlərə cavab verib.

 

Yenixeber.org: O, özünün facebokk səhifəsində bu barədə yazıb:

Əziz həmvətənlərim!!!

Mən şübhə etmirəm ki, sizlər ölkə daxilində baş verən prosesləri, eləcə də heç bir əxlaq çərçivəsinə sığmayan biabırçılıqları diqqətlə izləyirsiniz. Elə bu baxımdan da hadisələrə detallı fikir bildirməyə ehtiyac görmürəm.

Lakin iki gün öncə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və bir vaxtlar güya “millət vəkili'' olmuş Elton Məmmədovun başından böyük verdiyi bir açıqlamasına diqqət yetirmənizi xahiş edirəm. Deməli, “adam” xaricdə yaşayan bütün soydaşlarımızı şərəfsiz adlandırır. Hesab edirəm, bu açıqlamanın nə qədər provakativ olub-olmamasından asılı olmayaraq, fikir bildirməliyəm.

Əvvəla, onu deyim ki, öz ana yurdunu tərk etməyə məcbur qalan muhacirlərin şərəfinə şübhəylə baxan insanların nəsli, sülaləsi və var-yoxları şərəfsizdir. İkincisi, ey şərəf lövhəsində ən yuxarıda duran zat, əgər elə cəsarətlisənsə, niyə qardaşın “kaznit” ediləndə, cəzalandırılanda, sənin cınqırın belə çıxmadı?!. Yoxsa səsin tutulmuşdu, ay bədbəxt?!.

Mən 2007-ci ildə millət vəkili olarkən (yəni Almaniyada deyil, elə Azərbaycanda yaşayarkən) hökümətin yarıtmaz fəaliyyətini üzünə tənqid etdiyimdə, sənin kimi “divarzadələr” mənə qarşı çıxıb, parlamentdə mənimlə baglı çağırılmış “fövqaladə iclas”da həbs olunmağımı tələb etdiniz. Məgər mən bilmirdimmi hakimiyyəti tənqid etdiyim üçün həbs ediləcəm? Və yaxud bilmirdimmi ki, mənim də mülkiyyətimə həbs qoyulacaq? Əlbətdə bilirdim, özü də çox yaxşı bilirdim. Amma həmin vaxt qarşımda iki həyati önəm daşıyan seçim var idi: ya özümü təsdiq edib, mənliyimi və bütün var dövlətimdən üstün olan adımı qorumaq, ya da nəfsimə təslim olub sürünərək, eyni zamanda öz gözümdən düşərək kölə hayatını davam etmək. Onu da tam səmimiyyətimlə qeyd edim ki, çəkdiyim bu əziyyətlərə və bəzən də qəlbimdə acı iz buraxan xatirələrə baxmayaraq, xoşbəxtəm. Çünkü bu günə kimi öz keçmişimdən utanacaq və kiminsə qarşısında xəcalət çəkəcək heç bir addım atmamışam. Və ən əsası ona görə ki, mənsub olduğum və canım qədər sevdiyim Azərbaycan xalqına xəyanət etməmişəm. İndiki hakimiyyətdən fərqli olaraq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam